Məlahət Abbasova prezidentə məktub yazdı

Məlahət Abbasova prezidentə məktub yazdı
  23 Dekabr 2014    Oxunub:4376
Bir neçə gün öncə prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülən məşhur aktrisa Məlahət Abbasova prezidentə təşəkkür məktubu göndərib.
AzVision.az həmin təşəkkür məktubunu təqdim edir:

`Hörmətli cənab Prezident!

Vətəndən uzaqlarda Türkiyənin ən böyük Teatrı olan İstanbul Səhər Teatrlarında həm aktrisa, həm rejissor kimi işləyən, bütün yaradıcılığını Azərbaycan mədəniyyətinin təbliğinə həsr edən yeganə azərbaycanlı qadın sənətçi kimi məni “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Bundan sonra da çalışacağam ki, məni layiq bildiyiniz bu adı və üç rəngli müqəddəs bayrağımızı Azərbaycanın layiqli vətəndaşı kimi daha da yüksəklərə qaldırım. Qarşıdan gələn ad gününüz mübarək olsun. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm. Allah Sizi başımız üzərindən əskik etməsin! Mən fəxr edirəm ki, Azərbaycanlıyam`.

AzVision.az


Teqlər:  



Xəbər lenti