TÜRKSOY-un baş katibindən prezidentə TƏBRİK

TÜRKSOY-un baş katibindən prezidentə TƏBRİK
  23 Dekabr 2014    Oxunub:1350
TÜRKSOY-un baş katibi Düsen Kaseinov prezident İlham Əliyevi təbrik edib.
AzVision.az təbrik məktubunu təqdim edir:

Hörmətli cənab Prezident,

İcazə verin, doğum gününüz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Fürsətdən istifadə edib Zati-alinizə TÜRKSOY-un fəaliyyətini dəstəklədiyinizə görə dərin təşəkkürümü bildirmək istərdim. Əmin ola bilərsiniz ki, Azərbaycan ilə TÜRKSOY arasında olan sıx əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Zati-alinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

AzVision.az


Teqlər:



Xəbər lenti