İlham Əliyev xanımı ilə Bayraq Meydanında
AzVision.az xəbər verir ki, “Baku Sport City”də həyata keçirilən inşaat işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ərazisinə gəldilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva meydanın ətrafında yaradılan yeni mədəniyyət və incəsənət obyektləri, o cümlədən sərgi salonlarında aparılan tikinti işlərinə baxdılar, ictimai yerlər və xiyabanlar, insanların rahatlığı və istirahəti üçün yaradılan gəzinti yerlərində yenidənqurma və təmir işlərinin gedişi ilə tanış oldular.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ərazisində həyata keçirilən işlərlə yaxından tanış oldular.
Dövlətimizin başçısı görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verdi.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


