“Vahid namizəd danışıqları uğursuzdur”

“Vahid namizəd danışıqları uğursuzdur”
  16 Fevral 2013    Oxunub:1747
“Müxalifətin vahid namizəd məsələsinin prinsipləri müəyyən olunarsa, bu prinsiplər çərçivəsində müzakirələrdə iştirak edə bilərik”.
Bunu Qarabağ blokunun üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Qarabağ blokunun digər müxalif qurumlarla əməkdaşlığına toxunan partiya sədri bildirib ki, müxalifətin vahid namizədinin müəyyən olunması istiqamətində indiyə qədər aparılan danışıqlar uğursuz olub: “Buna görə bu məsələdə heç bir cəhd göstərmirik. Bununla belə, belə bir məsələ gündəmə gələrsə, biz onu dəyərləndirəcəyik. Müxalifətin vahid namizəd məsələsinin prinsipləri müəyyən olunarsa, bu prinsiplər bizi qane edərsə, o çərçivədə hərəkət etməyə hazır olacağıq”.

İ. Ağazadə qeyd edib ki, “Qarabağ” bloku uyğun bildiyi zamanda prezident seçkilərində iştirakla bağlı qərar qəbul edəcək: “İndiki məqamda seçkilərdə iştirak niyyətimizi ortaya qoymuşuq”.
(apa)



Teqlər:





Xəbər lenti