Səsvermə başa çatdı

Səsvermə başa çatdı
  23 Dekabr 2014    Oxunub:1815
Azərbaycanda bələdiyyə seçkiləri başa çatıb.

AzVision.az xəbər verir ki, saat 17:00-a olan məlumata görə, bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 36.38 faiz təşkil edib. Saat 17:00-a qədər 4 819 382 seçicidən 1 753 394 nəfəri səs verib.

MSK-nın "qaynar xətt"inə, poçt ünvanına və "facebook" səhifəsinə 115-ə yaxın müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub və həmin müraciətlər operativ şəkildə cavablandırılıb. İndiyə qədər hər hansı şikayət daxil olmayıb.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.


Teqlər:



Xəbər lenti