Əbülfəs Qarayevdən Xalq artistinin klipi ilə bağlı AÇIQLAMA

Əbülfəs Qarayevdən Xalq artistinin klipi ilə bağlı AÇIQLAMA
  23 Dekabr 2014    Oxunub:2727
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi “Xaçmazım” mahnısına çəkilmiş klipin haqqında danışıb.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, bu gün Xaçmaz rayon mədəniyyət və turizm şöbəsinin yeni inzibati binasının açılışına qatılan nazir klipin rayonun mədəni həyatını əks etdirdiyini bildirib.

O qeyd edib ki, mahnının musiqisini və ifaçılığını yüksək qiymətləndirdiyini bildirib. “Ümidvaram ki, bütün xaçmazlıların da daim dinləyəcəyi və izləyəcəyi bir musiqi olacaq”.

Qeyd edək ki, “Xaçmazım” mahnısının sözləri Vahid Əzizə, musiqisi Tahir Əkbərə məxsusdur. Regionda ilk dəfə həyata keçirilən layihə Regional Televiziyaya məxsusdur. 4 gün ərzində lentə alınan klipdəki səhnələr rayonun tarixi abidələri, diqqət çəkən tikililəri və istirahət məkanlarında çəkilib.


Teqlər:





Xəbər lenti