Seçkinin ilkin nəticələri açıqlandı

Seçkinin ilkin nəticələri açıqlandı
  24 Dekabr 2014    Oxunub:2297
Bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermənin ilkin nəticələri məlum olub.
AzVision.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, saat 19:00-da səsvermə prosesi başa çatıb və həmin saata olan məlumata görə, bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 38,93 faiz təşkil edib.

Onun sözlərinə görə, indiyə qədər 4 819 382 seçicidən 1 876 014 nəfəri səs verib.

R.Gülməmmədov qeyd edib ki, indiyə qədər MSK-nın qaynar xəttinə, poçt ünvanına və "facebook" səhifəsinə 138 müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub və bu müraciətlər operativ şəkildə cavablandırılıb. İndiyə qədər hər hansı şikayət daxil olmayıb.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilib. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilməyib.

Səsvermə 5015 məntəqədə keçirilib. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır.

Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.


Teqlər:  





Xəbər lenti