Masallıda məscid yanıb

Masallıda məscid yanıb
  24 Dekabr 2014    Oxunub:1255
Azərbaycanın Masallı rayonunda yanğın hadisəsi baş verib.
Fövqaladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumta görə, Masallı rayonu, Bədəlan kəndində (rayon mərkəzindən 13 km aralı) ümumi sahəsi 204 kv.m olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 120 kv.m sahədə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin versiya kimi yanğının qaz sobasından başladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti