`Happy Birthday Mr. President` - VİDEO

`Happy Birthday Mr. President` - VİDEO
  24 Dekabr 2014    Oxunub:2553
“Addım Gənclər Təşkilatı” ölkə başçısının ad gününə xüsusi videoçarx hazırlayıb.

AzVision.az xəbər verir ki, “Addım Gənclər Təşkilatı” kütləvi informasiya vasitələri və sosial medyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü ilə bağlı video təbrik təqdim edib.

Qısa müddətdə internet istifadəçiləri arasında böyük maraq yaradan videoçarxda “Addım” üzvləri Prezidenti təbrik edərək bu il ərzində beynəlxalq nailiyyətlərini bölüşüblər. Videoçarxın ən çox diqqət çəkən və yadda qalan məqamı isə Rus Dram Teatrının aktrisası, əməkdar artist Naina İbrahimovanın əfsanəvi Hollywood ulduzu Merilin Monronun obrazında gənclərlə birgə "Happy Birthday Mr. President" ifa etməsi olub.

Qeyd edək Merilin Monro tarixdə ilk dəfə bu musiqini 1962-ci ildə ABŞ prezidenti Con. F. Kennedynin ad günündə akapella olaraq ifa edib.








Teqlər:  



Xəbər lenti