`Ziya Məmmədov yaxşı qardaşdır, amma...` - Elton Məmmədov

`Ziya Məmmədov yaxşı qardaşdır, amma...` - Elton Məmmədov
  24 Dekabr 2014    Oxunub:7096
“Ziya Məmmədovla mənim münasibətlərimi kimlərsə özlərinə sərf edən tərəfə sürükləyir”.
Bunu AzVision.az-a açıqlamasında bir neçə gün öncə prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilən Milli Məclisin deputatı Elton Məmmədov deyib.

Deputat haqqında səslənən iradlara münasibət bildirərək qeyd edib ki, ona “Şöhrət” ordeni qardaşı, nəqliyyat naziri Ziya Məmmədova görə deyil, öz xidmətlərinə görə verilib.

“Bütün Azərbaycan ictimaiyyətinə bildirirəm ki, mən Ziya Məmmədovun qardaşım olması ilə fəxr edirəm. Onun dövlətinə, xalqına bağlılığı, dövlət rəhbərinin komandasının sədaqətli bir üzvü kimi gördüyü işlərlə fəxr duyuram. Ziya Məmmədovla aramızda yüksək qardaşlıq və dövlətçilik münasibətləri mövcuddur və bu belə də davam edəcək. Başqa cür də ola bilməz. Ona görə də xahiş edirəm ki, ictimaiyyəti başqa tərəfə yönəltməsinlər. Hər bir insan, hər bir fəaliyyətinə görə yalnız özü cavbdehdir. Hər bir insanın özünə görə vəzifəsi var və buna uyğun olaraq da məsuliyyət daşıyır. Mən də 3 çağırış Milli Məclisin deputatı olaraq xalqın etimadını qazanımışam. Bu da xalqın verdiyi qiymətdir”.

Xatırladaq ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev E.A. Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elton Arzuman oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilir.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti