Bakıya gətirilən ətlər yoxlanılacaq

Bakıya gətirilən ətlər yoxlanılacaq
  25 Dekabr 2014    Oxunub:1864
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçdi.
Bu barədə AzVision.az-a Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib. O, bildirib ki, yeni il qabağı bazara çıxarılan bütün məhsullar yoxlamadan keçiriləcək.

“Bildiyiniz kimi bu vaxtlar bazara quş əti daha çox gətirilir. Buna da tam nəzarət olunacaq. Bazara çıxarılan heyvan və heyvan mənşəlli məhsullara baytarlıq sertifikatı əsasında nəzarət olunacaq. Bazarlarda məhsulların müayinəsi həyata keçiriləcək. Eləcə də yarmarkalarda da işlər bu istiqamətdə aparılacaq”.

Artıq işlərə başlanıldığını deyən Y.Xanvəlinin sözlərinə görə, yarmarkalara səyyar laboratoriyalar çıxarılacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti