Deputatdan `oğru` alimlərə cəza tələbi
Onun dediyinə görə, son illər plagiat elmi əsərlərin, elmi işlərin və plagiatlıqla məşğul olan "elm adamları"nın sayı xeyli artmaqdadır.
"Ona görə hesab edirəm ki, qanun layihəsində bu məsələ nəzərdə tutulsa da, o, daha sərt yazılmalıdır, daha sərtləşdirici maddələr nəzərdə tutulmalıdır. Məsələn, ali təhsil müəssisələrində plagiat elmi işləri, elmi əsərləri qəbul edən Müdafiə Şuraları dərhal ləğv edilməlidir, bu məsələlərə cavabdeh olan prorektorlar cəzalandırılmalıdır. Elmimizi plagiatlıqdan və plagiatlardan qorumaq lazımdır.
Mən də - neçə illərdir əziyyət çəkmişəm, dişimlə, dırnağımla, alın tərimlə namizədlik, dokrotluq müdafiə etmişəm - professoram, ordan-burdan tərcümə edib, oğurlayıb elmi iş müdafiə edən plagiat da professordur. Bu, nə dərəcədə düzgündür? Bunların qarşısı sərt şəkildə alınmalıdır.
Həmçinin, piratçılıqla bağlı məsələ də qanun layihəsində əksini tapmalıdır. Çünki hansısa alim minbir zəhmətlə elmi məqalə, kitab yazır, səhərisi gün piratçılar onu kseroks edib yayır və həmin alimin əməyini zay edirlər. Odur ki, bu məsələ də mütləq layihədə nəzərdə tutulmalıdır"-deyə, R. Məmmədhəsənov daha sonra sözlərinə əlavə edib.
Sevinc İltifatqızı
AzVision.az.







Vaxtında, Aydın, Lazımlı!


