“Bu məsələ Müdafiə Nazirliyi ilə razılaşdırılmalıdır” - Deputat

“Bu məsələ Müdafiə Nazirliyi ilə razılaşdırılmalıdır” - Deputat
  25 Dekabr 2014    Oxunub:1987
“Magistrant və doktorant oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinin mən də tərəfdarıyam. Amma hesab edirəm ki, bu məsələ mütləq Müdafiə Nazirliyi ilə razılaşdırılmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Vahid Əhmədov parlament komitələrinin birgə iclasında "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.

"Belə bir məsələnin sözügedən qanuna daxil edilməsi müsbət haldır. Bununla belə, gələcəkdə hansısa problemin yaranmaması üçün bu məsələ Müdafiə Nazirliyi ilə müzakirə edilməli və razılşdırılmalıdır"-deyən, V.Əhmədovun sözlərinə görə, çünki dünyada hərbi xidmətə çağırış ildə 2 dəfə olsa da, Azərbaycanda ildə 4 dəfədir:

"Odur ki, bu məsələ gələcəkdə xeyli problemlərə səbəb ola bilər, qanunun həmin müddəası işləməz. Bu baxımdan, plenar iclasın müzakirələrinə kimi bir daha bu məsələyə baxılmalıdır"

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:



Xəbər lenti