ANS-in keçmiş aparıcısına 3 il həbs
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan A.İsrafilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan teleaparıcı məhkəmə zalından həbs edilmişdi.
Azər İsrafilov bir sıra telekanallarda kriminal xəbərlər müxbiri işləyib. O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın “Qanundan kənar” verilişinin müxbiri kimi fəaliyyət göstərib. O ötən ilin iyun ayında İTV-dən ayrılıb.







Vaxtında, Aydın, Lazımlı!


