30 azərbaycanlı terrorçu saxlanıldı

30 azərbaycanlı terrorçu saxlanıldı
  25 Dekabr 2014    Oxunub:1576
Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 30 Azərbaycan vətəndaşı saxlanılıb.
AzVision.az Dövlət Sərhəd Xidmətinin saytına istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2014-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 AR, 2 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 1 AR vətəndaşı barədə müvafiq tədbirlər görülüb.

Qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.


Teqlər:  



Xəbər lenti