Ölən məhkumla bağlı Zakir Qaralova müraciət

Ölən məhkumla bağlı Zakir Qaralova müraciət
  26 Dekabr 2014    Oxunub:2314
14 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilərək öldürüldüyü iddia edilən məhkum Elşad Babayevlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət ediləcək.
Bu barədə AzVision.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sərdi Elçin Behbudov məlumat verib. Onun sözlərinə görə, Elşad Babayevin ölümü ilə bağlı məktub hazırlayaraq baş prokurora təqdim edəcək:

“Biz bu hadisəyə biganə qala bilmərik. Çünki mərhum Elşad dünyısını küçədə və ya evdə dəyişməyib. O, məhz həbsxanada dünyasını dəyişib. Məhkumun bacısının çəkdiyi şəkillərdə isə işğəncə faktı açıq-aşkar görünür. Şəkillər işgəncəni tam sübut edir. Zakir Qaralovdan xahiş edəcəm ki, onun nəzarəti altında bu iş araşdırılısın”.

Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumlar qiyama qalxıblar. Mətbuatda yayılan məlumata görə, məhbusları ayağa qaldıran səbəb kimi 31 yaşlı məhkum işgəncə ilə öldürülməsi göstərilirdi. İddia edilir ki, E.Babayevə qarşı müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə kobud rəftara yol veriblər.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti