Nazir işçilərini danladı: `Gərək bunu yuxarıdan görsünlər?`
Azvision.az xəbər verir ki, iclasda nazir Əbülfəs Qarayev çıxış edib. O, nazirliyin Aparat işçilərinə öz narazılığını bildirib. Qeyd edib ki, regionlarda qəbulda olan zaman məktəblərdə, muzeylərdə bir çox yeniliklərlə rastlaşır:
“Mən görürəm ki, rayonlarda məktəblərdə, muzeylərdə hər şeyə daha yaradıcı yanaşırlar. Mən rayonlara gedəndə bunları görürəm, dərhal tapşırıram ki, bunu Bakıda da tətbiq etsinlər. Nazirlik işçiləri rayonlara gedəndə buna yuxarıdan-aşağı baxırlar. Yenilikləri görmürlər. Mən də aparat işçilərinə tapşırıram ki, bu məsələlərdə daha diqqətli olsunlar. Gərək mən özüm bunları hiss edəm? Aparat işçilərimiz ora gedirlər. Gərək elə ancaq yuxarıdan baxıb, yoxlama aparılsın”.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


