“Azadlıq” radiosunun ofisi möhürlənib - Yenilənib
Müstəntiq yalnız onu bildirib ki, ola bilsin növbəti istintaq hərəkətləri üçün ofisə baş çəkəcəklər.
***
12.32
Bu barədə radionun saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.
Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışa radionun iki əməkdaşı da qoşulub.
***
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.
E.Sultanov deyib ki, ofisdə axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayəti işi ilə bağlıdır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


