Nazir əsəbləşdi: “Gedin Gürcüstana da baxın, bura da...”

Nazir əsəbləşdi: “Gedin Gürcüstana da baxın, bura da...”
  26 Dekabr 2014    Oxunub:5734
Mədəniyyət və turizm naziri Әbülfəs Qarayev ölkədə turizm xidmətlərinin qiymətlərinin baha olması səbəbindən vətəndaşların tətil vaxtlarında ölkə xaricində istirahət etmələri ilə bağlı jurnalistin səsləndirdiyi fikirlərlə razılaşmayıb.
AzVision.az-ın məlumatına görə, nazir ilin yekunlarına həsr olunan mətbuat konfrasında bildirib ki, kim istəyirsə istirhətini ölkədə, kim də istəmirsə xaricdə keçirir:

“Azərbaycandan xaricə istirahətə getmək istəyən insanlara bununla bağlı hər hansı qadağa qoyula bilməz. Azərbaycan azad ölkədir. İnsanlar bu gün öz gəlirlərinə baxaraq sərbəst hərəkət edirlər. Heç kim heç yerə getməsin, hamı öz ölkəsində oturub istirahət etsin demək də qeyri-mümkündür”.

Nazir bildirib ki, hazırda insanların səfər etdiyi ölkələrdən biri olan Gürcüstanda xidmət qiymətləri ucuz olan hotellər var: "Amma bu hotellərdəki xidmətlərin keyfiyyəti Şahdağ Qış-Yay Turizm Kompeksində olan hotellərin xidmətlərinin keyfiyyətindən fərqlənir. Azərbaycanda həm ucuz, həm də baha qiymətə xidmətlər təklif edən hotellər var. Onların hər birinin yerləri qış turizm mövsümü ilə bağlı artıq dolub. Bu da onu göstərir ki, onların hər birinin öz istifadəçisi var".

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti