Azərbaycan: Böyük İpək Yolu və Naxçıvanın əhəmiyyəti

Azərbaycan: Böyük İpək Yolu və Naxçıvanın əhəmiyyəti
  26 Dekabr 2014    Oxunub:7513
“Böyük İpək Yolu” e.ə 3 əsrdən 15-ci əsrə qədər Şərqlə Qərbi birləşdirən karvan yolunun adıdır. Bu yol vasitəsilə mədəni, elmi, təhsil və dini dəyərlər mübadiləsinə öz tövhəsini vermişdi.
Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir.

Avropa və Asiya qitələri arasında iqtisadi-ticarət və mədəni əlaqələrin təmin olunmasında mühüm rol oynamış «Qədim İpək yolu» türk xalqlarının da iqtisadi, siyasi və mədəni inkişafına böyük təsir göstərmiş və bu gün də bu əlaqələr TRASEKA proqramı çərçivəsində genişlənməkdədir.

Dərbənd, Bakı, Gəncə, Şamaxı, Təbriz, Naxçıvan, Marağa, Həmadan, Culfa, Bərdə və Ordubad Böyük İpək Yolu üzərində yerləşən əsas şəhərlərdən biridir.

Məqalədə ABŞ-ın aparıcı biznes mərkəzlərindən olan Şimali İllinoys Universiteti və Mərkəzi Asiya Məhsuldarlıq Mərkəzinin (Central Asian Productivity Research Center) birgə təşkilatçılığı ilə 16 may 2014-cü il, Çikaqoda 9-cu illik İpək Yolu konfransından bəhs edilib. Bundan başqa, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub tranzit xəttlərinin üzərində yerləşməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, məqalənin müəllifi azərbaycanlı iş adamı Bəsrəd Paşayev Naxçıvanın Böyük İpək Yoluna töhfəsindən yazıb.

Məqaləni burdan oxuyun: https://azvision.az/redirect.php?url=http://www.eurasiareview.com/25122014-azerbaijan-great-silk-road-importance-nakhchivan-oped/


Teqlər:





Xəbər lenti