Tarif Şurasından Ziya Məmmədovun nazirliyinə təkzib

Tarif Şurasından Ziya Məmmədovun nazirliyinə təkzib
  26 Dekabr 2014    Oxunub:2765
“Şəhərdaxili sərnişindaşıma xidmətlərində qiymətlərin artırırlması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb”.
Bu barədə AzVision.az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib. Nazirlik rəsmisi bildirib ki, Tarif Şurasında qiymətlərin artımı ilə bağlı məsələ gündəmdə deyil.

Xatırladaq ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət olunduğunu deyib. Qiymət artımının isə Bakıya gətirilən yeni avtobuslarla bağlı olduğu deyilir. Bildirilir ki, yeni avtobusların qiyməti baha olduğu üçün onların hazırki gediş haqqı qiyməti aşağıdır.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti