Əhəd Abıyev Elzadan üzr istədi

Əhəd Abıyev Elzadan üzr istədi
  26 Dekabr 2014    Oxunub:4256
“Əhəd Abıyev mənə zəng vurub, üzr istədi. Onun məndən üzr istəməsini özümə şərəf bilmirəm”.
Bunu AzVision.az-a açıqlamasında Əməkdar artist, tanınmış müğənni-bəstəkar Elza Seyidcahan deyib.

O, Daşkəsənin icra başçısı olan Əhəd Abıyevlə aralarında yaşanan soyuq münasibətə də aydınlıq gətirib:

“Əhəd Abıyev mənə hörmətinin olduğunu söylədi. O, barələrində yayılan söhbətin yaxşı olmadığını dedi. O, mənim sənətimə hörmət etdiyini söylədi. O, həmçinin mənim davranışıma və özümü aparmağıma hörmət etdiyini də bildirdi. O mənə dedi ki, incəsənət insanına belə bir söz demək ona yaraşmaz”.

Daha sonra E. Seyidcahan qeyd edib ki, Ə. Abıyev ondan üzr istəyib:

“Mən Əhəd müəllimə dedim ki, mənim barəmdə deyilən sözlərə aydınlıq gətirsin. Yəni üzr istəmək lazımdır. O, da çox sağ olsun ki, bunu da etdi. Mənə dedi ki, üzr istəməyimi jurnalistlər yazmırlar. Ona dedim ki, mən Bəstəkarlar İttifaqının bir üzvü olmasam da ən əsası bir Azərbaycan xanımıyam. Əhəd müəlllimə böyük hörmətim var. Böyük ziyalımızdır. Əhəd müəllim Azərbayanda mötəbər şəxslərdən biridir. Əhəd müəllim məni rayona dəvət etdi. O, mənə təklif etdi ki , gedib rayonda konsertlər verim. Məni alqışladığını söylədi. Əlbəttə ki, məndən üzr istədi. Üzr istəmək heç vaxt ayıb deyil. Üzr istəmək kişiyə yaraşan hərəkətdir. O da belə edərək xanımdan üzr istədi. Onun məndən üzr istəməsini özümə şərəf bilmirəm. Bu onun böyüklüyüdür ki, mənə zəng vurdu və hər şeyi aydınlaşdırdı”.

Qeyd edək ki, E. Seyidcahan deputalığa namizədliyini verəcəyi ilə bağlı açıqlama verib. Bu açıqlama isə böyük ajiotaja səbəb olub. Bundan hiddətlənən Daşkəsənin icra başçısı Əhəd Abıyev müğənni haqda sərt danışıb: "Ona salam versəm, əlimi paltar sabunu ilə yuyaram".

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti