Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
Onun sözlərinə görə, nazirlik bayramqabağı bazarlarda kənd təsərrüfatı məhsullarında süni qiymət artımının və bahalaşmanın olmaması üçün stimullaşdırıcı tədbirlər görür və bazarlarda bolluq yaratmağa çalışır: “Süni qiymət artımının qarşısını almaq məqsədilə hazırda müavinlərim və nazirlik əməkdaşları Xətai yarmarkasındadır. 30 nəfərdən artıq əməkdaşımız digər yarmarkalardadır. Bizim məqsədimiz bazarda stimullaşdırıcı tədbirlər görərək bolluq yaratmaqdır”.
Nazir əmin edib ki, bazarlarda qiymət artımı və məhsul qıtlığı ilə hər hansı təhlükəli meyl gözlənilmir.
Teqlər: