Gələn həftəyə olan hava- Proqnozu
Güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 4-7° isti, gündüz 7-10° isti olacağı gözlənilir. Dekabrın 30-da isə hava dəyişkən buludlu olacaq. Hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Temperatur gecə 4-6° isti, gündüz 10-15° isti olacaq.
Azərbaycanın əksər rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Şimal rayonlarında isə temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 1-6° isti olacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


