YouTube ödənişli oldu

YouTube ödənişli oldu
  10 May 2013    Oxunub:1721
Dünyanın ən böyük video portalı ilk dəfə ödənişli abunə kanallarından istifadə edəcək.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, YouTube video portalı məhdud sayda olmaqla ödənişli kanallar təklif edir. Kanallara abunə olmaq üçün ayda 0,99 dollar abunə haqqı ödəmək lazım gələcək.



Portal bloqunda bildirib ki, ödənişli abunə proqramının yaradılmasına 2007-ci ildən başlanılıb. YouTube artıq 50 kanalın siyahısını abunəçilərinə təqdim edib. Hər bir kanala 14 günlük pulsuz baxmaq imkanı verilir. Eyni zamanda, illik abunəçilərə ödəniş endirimi təklif olunur.

Abunəçilər kanallara kompüter, telefon, tablet və televiziya vasitəsilə qoşula bilərlər.

Yeni abunə servisi əvvəlcə 10 ölkədə istifadəyə veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti