Obama Berlinə səfər edəcək

Obama Berlinə səfər edəcək
  10 May 2013    Oxunub:1320
ABŞ prezidenti Barak Obama Berlinə səfər edəcək.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Obama iyunun 18-19-da Almaniya kansleri Ancela Merkel ilə görüşəcək.

Kanslerin Obama və onun nümayəndə heyəti ilə görüşü çoxdan gözlədiyi bildirilib. Danışıqlarda ikitərəfli münasibətlərə və qlobal məsələlərə toxunulacaq.

Səfər keçmiş ABŞ prezidenti Con F.Kennedinin 1963-cü ilin iyunun 26-da Berlində məşhur “Ich bin ein Berliner” çıxışının 50 illiyinə təsadüf edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti