Bakıda ABŞ səfirliyinin maşını adam öldürdü

Bakıda ABŞ səfirliyinin maşını adam öldürdü
  29 Dekabr 2014    Oxunub:1437
Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, ABŞ səfirliyinə məxsus “Chevrolet” markalı maşınla motosiklet toqquşub. Qəza “Chevrolet” ABŞ səfirliyinin Azadlıq prospektində yerləşən binasına dönərkən baş verib. Böyük sürətlə hərəkət edən motosiklet səfirliyin maşınına arxadan çırpılıb.

Qəza zamanı motosikletdə yedəkdə oturan qız hadisə yerindəcə keçinib. Motosikletin sürücüsü olan gənc isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Motosikletdə əyləşən qızın qoruyucu kaskası olmayıb.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. Araşdırma gedir.


Teqlər:



Xəbər lenti