Həkimlərdən bayram XƏBƏRDARLIĞI

Həkimlərdən bayram XƏBƏRDARLIĞI
  29 Dekabr 2014    Oxunub:2117
"Bayram günlərində ən çox müraciət mədə-bağırsaq xəstəlikləri ilə bağlı olur"
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası vətəndaşlara müraciət edib. AzVision.az lent.az-a istinadən xəbər verir ki, Stansiyanın baş həkimi Zemfira Vahidova hər il bayram günlərində təcili yardıma müraciət edənlərin sayı artdığını bildirib.

"İstər yeni il, istərsə də Novruz bayramında təcili yardıma müraciət edənlərin sayında artım müşahidə olunur. Bu da düzgün qidalanmama ilə bağlıdır".

Z. Vahidova vətəndaşlara qidalarına fikir verməyi, qidalanmaya düzgün əməl etməyi məsləhət görüb:

"Xüsusən də valideynlər diqqətli olmalıdırlar. Böyüklərlə yanaşı, uşaqlarda da mədə-bağırsaq problemi olur. Bayram günlərində ən çox müraciət də məhz mədə-bağırsaq xəstəlikləri ilə bağlı olur".



Teqlər:



Xəbər lenti