Prezident əfv sərəncamı imzaladı

Prezident əfv sərəncamı imzaladı
  29 Dekabr 2014    Oxunub:4197
Prezident İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.

AzVision.az qafqazinfo-ya istinadən xəbər verir ki, sərəncamla bir çox tanınmış şəxslər azadlğa buraxılacaq. Bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibi Səadət Bənənyarlı məlumat verib.

Onun sözlərinə görə, əfv siyahısında 2 NİDA-çının adı var: "Onlar Üzeyir Məmmədli və Zaur Qurbanlıdır".

Siyahıda həmçinin jurnalist Əvəz Zeynallının adı var. Əfvə eyni zamanda İsmayıllı məhbuslarından 3 nəfər, Hicab məhbuslarından isə 2 nəfərin adı daxil olub.

Novella Cəfəroğlu bildirib ki, onların təqdim etdikləri siyahıdan 10 nəfər azadlığa çıxacaq. Onların arasında Qurban Məmmədov və Sərdar Əlibəyli də var.


Teqlər:  



Xəbər lenti