Prezident öldü, yoxsa?

Prezident öldü, yoxsa?
  11 May 2013    Oxunub:1397
Prezidentin vəfat etməsi xəbərini təkzib etsələr də, artıq İraqda kürd dilində yayımlanan saytlar prezident Cəlal Tələbaninin öldüyünü yazırlar.
İraqın Ərbil şəhərində yaşayan Rebvar Kərim Vəli adlı jurnalist öz twitter hesabından prezident Cəlal Tələbaninin dünyasını dəyişdiyi barədə məlumat yayıb.

Jurnalist Cəlal Tələbaninin xanımı Hero İbrahim Əhmədin bir neçə gün əvvəl İrana gedərək prezident Mahmud Əhmədinejadla görüşdüyünü yazıb. Onun iddiasına görə, səfərin məqsədi Cəlal Tələbaninin ölümü xəbərini İran prezidentinə çatdırmaq olub. Əhmədinejad Tələbani ailə ilə yaxın olduğuna görə, ailəsi ölüm xəbərini ilk olaraq onunla bölüşüb və Kürdüstan Yurdsevərlər Birliyi (KYB) daxilində hər hansı problem yaranmaması üçün ondan kömək istəyib. KYB prezidentin vəfat etməsi xəbərini təkzib etsələr də, artıq İraqda kürd dilində yayımlanan saytlar prezident Cəlal Tələbaninin öldüyünü, lakin rəsmi dairələrin bu xəbəri açıqlamağa tələsmədiyini yazırlar.

İraq Respublikasının Bakıdakı səfirliyi ölkə prezidenti Cəlal Tələbaninin ölümü barədə bəzi KİV-də yayılmış məlumatları təkzib edib. Səfirlikdən APA-ya verilən məlumata görə “Cəlal Tələbaninin müalicəsi müsbət effekt verir və onun səhhəti getdikcə yaxşılaşır”.

Məlumata əsasən, hazırda İraq prezidenti müalicəsini Almaniyada davam etdirir.



Teqlər:  





Xəbər lenti