FHN-dən Yeni il Xəbərdarlığı
evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır;
küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməlidir;
ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalıdır;
küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir!
Həmçinin, bayram şənliklərində bunlar nəzərə alınmalıdır:
şənliklər ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməlidir;
otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı olmalıdır;
məkanın iki çıxış qapısı olmalıdır;
ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalıdır;
otağın qapıları mütləq bayıra açılmalıdır;
dəmir barmaqlıqlı pəncərəsi olan otaqda Yeni il şənliyi keçirilməməlidir;
şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalıdır;
şənlik zamanı işıq tam söndürülməməlidir;
şənliyə pambıq, tənzif, kağız və bu cür tezalışan materialdan paltar geyinilməməlidir;
şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


