Şahbaza 22 il, Dilqəmə ömürlük həbs verildi

Şahbaza 22 il, Dilqəmə ömürlük həbs verildi
  29 Dekabr 2014    Oxunub:4298
Bu gün Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun sonuncu qondarma “məhkəməsi” keçirilib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir. BU gün keçirilən `məhkəmə`də hakim Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, sonuncu “məhkəmə” hələ dekabrın 12-i keçirilməli idi. Lakin həmin vaxt “məhkəmə” təxirə salınmışdı. Buna səbəb isə girov Şahbaz Quliyevin səhhətdə yaranan problemlər, həmçinin “zərərçəkən” Vreja Balayanın “məhkəmə”yə gəlməməsi olub.

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti