Girovlara oxunan `hökm`ə etiraz

Girovlara oxunan `hökm`ə etiraz
  30 Dekabr 2014    Oxunub:1594
Qarabağ Azadlıq Təşkilatı işğalçı Ermənistanın Xankəndində qurduğu oyuncaq "məhkəmə prosesi"ni, azərbaycanlı girovlara "hökm" oxunmasını qətiyyətlə pisləyir, bunu Ermənistanın beynəlxalq hüquqa növbəti dəfə meydan oxuması, erməni həyasızlığının son həddi kimi dəyərləndirir. Bu, bir daha göstərdi ki, Ermənistanla hər hansı danışıq aparmağın heç bir mənası yoxdur.

AzVision.az xəbər verir ki, QAT-ın etiraz bəyanatında deyilir:

-Biz beynəlxalq təşkilatlardan dərhal məsələyə müdaxilə etmələrini tələb edir, Ermənistanı azərbaycanlı girovları geri qaytarmağa məcbur etməyə cağırırq.
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərini, o cümlədən Kəlbəcər rayonunu işğal edib. Bu fakt BMT, ATƏT, Avropa Şurası, Avropa Ittifaqı və digər təşkilatların sənədlərində öz təsdiqini tapıb. Ona görə də bu ərazilərdə baş verən bütün hadisələrə görə məsuliyyət işğalçi Ermənistanın üzərinə düşür. Beynəlxalq təşkilatlar girovların geri qaytarılmasını məhz Ermənistandan tələb etməlidir, Ermənistanın Dağlıq Qarabağdakı qondarma rejimin adı ilə pərdələnməsinə, bu qondarma rejimin arxasında gizlənərək məsuliyyətdən qaçmasına imkan verilməməlidir.

Biz hesab edirik ki, Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların dərhal məsəlyə müdaxilə etməsini tələb etməli, bu tələb yerinə yetirilməsə, hərbi əməliyyatlara başlamalı, girovları düşmən əsarətindən xilas etməlidir.


Teqlər:





Xəbər lenti