Deputat: `Vəzifəsindən sui-istifadə edirlər`

Deputat: `Vəzifəsindən sui-istifadə edirlər`
  30 Dekabr 2014    Oxunub:1375
Milli Məclisin bu gün keçirilən son plenar iclasında çıxış edən deputat Fazil Mustafa hərbi qulluqçulara vaxtında rütbə verilməsi məsələsini qaldırıb.
AzVision.az-ın məlumatına görə, deputat çıxışında bildirib ki, insanlar rütbə ala bilmək üçün özlərini kiməsə tapşırtmalı olurlar.

“Məncə, vaxtında rütbələrin verilməməsinə görə, qanunda məsuliyyət nəzərdə tutulmalıdır. Əgər rəhbər işçi göstərilən müddətdə rütbəni vermirsə, onda demək vəzifə səlahiyyətindən sui-istifadə edir”- deyə, o, qeyd edib.

Parlametin birinci vitse-spikeri Ziyafət Əsgərov isə Fazil Mustafanın qaldırdığı məsələyə toxunaraq bildirib ki, o, Müdafiə Nazirliyi, həmçinin baş qərargah rəisi ilə danışıb. Oradan məsələnin diqqət mərkəzində olduğunu, yaxınlarda həllini tapacağını bildiriblər.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti