“Zakir Həsənov kabinet naziri deyil”

“Zakir Həsənov kabinet naziri deyil”
  30 Dekabr 2014    Oxunub:2550
“Müdafiə naziri Zakir Həsənovun atdığı atdımlar da onun kabinet naziri deyil, əsgərlər arasında olan nazir olduğunu göstərir”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda dəyişikliklər edilməsi barədə layihə müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı deyib.

O bildirib ki, Ermənistanın tutduğu mövqe dəyişmir və beynəlxaql qüvvələr Ermənistanı müdafiə edir:

“Buna görə də biz ordu gücümüzü artırmağa maraqlı olmalıyıq. Müdafiə naziri Zakir Həsənovun atdığı atdımlar da onun kabinet naziri deyil, əsgərlər arasında olan nazir olduğunu göstərir. Bu qanun layihəsi hərbi quruculuğumuzu, ordumuzun daha operativ və çevikliyini artırmağa yönəlib”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti