Hakimlərin vəzifə müddəti azaldıldı
Dəyişiklər layihəsinə görə, hakim vəzifəsinə hakimlər ilk dəfə 3 il müddətinə təyin oluna biləcəklər. Hazırda bu müddət 5 ildir.
Maddəyə təklif edilən digər dəyişikliyə görə, Ali Məhkəmə hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün isə 66 yaş müəyyən olunur. Hazırda isə ümumilikdə bütün məhkəmə hakimlərinin son yaş həddi 65-dir.
Layihə müzakirələrdən sonra qəbul edilib.
Bundan əlavə məhkəmə sistemində hakimlər üçün yeni mükafatlar təsis olunur. Azərbaycanda hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq Şurası onlar barədə bir neçə həvəsləndirmə tədbirləri görəcək.
Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 110-cu maddəsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Məhkəmə-Hüquq Şurası hakimləri qiymətli hədiyyə ilə mükafatlandıra, fəxri fərman və fəxri döş nişanı ilə təltif edə, eləcə də hakimin təltif olunmasına dair müvafiq icra hakimiyyəti orqanına təklif verə bilər.
Xatırladaq ki, maddənin hazırkı variantında Məhkəmə-Hüquq Şurası onlara yalnız təşəkkür elan edir.
Qeyd edək ki, dəyişiklik səsə çıxarılaraq qəbul edilib.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


