İtən təyyarə tapıldı

İtən təyyarə tapıldı
  30 Dekabr 2014    Oxunub:1603
İndoneziyadan Sinqapura gedərkən yoxa çıxan AirAsia təyyarəsinin qalıqları tapılıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Yerli balıqçılardan birinin tapdığı hissələrin AirAsia şirkətinə aid olduğu təsdiqlənib. Axtarış tədbirləri nəticəsində təyyarədə olan 40 nəfərin cəsədi aşkar edilib. Yayılan məlumatı İndoneziya hökuməti də təsdiqləyib.

Ekspertlər hesab edirlər ki, təyyarənin qəzaya uğraması səbəb hava şəraiti və ya texniki problem ola bilər. Bu, həmin şirkətin tarixində yaşanan ilk fövqəladə durumdur. Çünki AirAsia altı il davamlı olaraq dünyanın ən yaxşı aviakompaniyası seçilib.




Teqlər:





Xəbər lenti