“Ziraat Bank Azərbaycan”a icazə verildi

“Ziraat Bank Azərbaycan”a icazə verildi
  30 Dekabr 2014    Oxunub:1747
“Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinə bank lisenziyası verilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Əvvəllər məlumat verildiyi kimi, Türkiyənin T.C. Ziraat Bankası Azərbaycan Respublikasında törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət etmişdi.

T.C. Ziraat Bankasının müraciətinə AMB-də qanunvericiliyə müvafiq olaraq baxılıb. Bank lisenziyası üçün zəruri olan tələblərin icra olunduğu müəyyən edilərək müraciət müsbət qiymətləndirilib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 30.12.2014-cü il tarixli qərarı ilə “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinə bank lisenziyası verilib.

Geniş beynəlxalq şəbəkəyə malik Türkiyə bankının Azərbaycanda təmsilçilik statusunun dəyişilməsi iki ölkənin bank sektoru arasında əlaqələri daha da genişləndirməklə bank sektorunda rəqabətin güclənməsinə və sektorun ümumilikdə inkişafına xidmət edəcək.


Teqlər:





Xəbər lenti