Bakıda atəşfəşanlıq və lazer şou olacaq

Bakıda atəşfəşanlıq və lazer şou olacaq
  30 Dekabr 2014    Oxunub:2657
Yeni il gecəsi Bakıda saat 00:00-da atəşfəşanlıq təşkil olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Oxu.Az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, Bakıda təşkil olunmuş lazer şou hər gün saat 18:00-dan 02:00-a qədər davam edir.

Nazim Məcidov qeyd etdi ki, bu şou yanvarın 10-na qədər davam edəcək.

Həmin lazer şoular Bakının iki ərazisindədir:

“Biri Qız Qalası ilə üzbəüz bulvara girdikdə, digəri isə qoşa fontanlarla “Mirvari” kafesinin ortasında, “Kukla” teatrından “Saat qülləsi”nə gedən istiqamətdə qurulub”- deyə o vurğuladı.

Rəis müavininin bildirdiyinə görə, hər il Yeni il bayramı ilə əlaqədar Konsert proqramları təşkil olunur, bu il isə paytaxt sakinləri üçün əyləncə proqramları nəzərdə tutulmayıb.


Teqlər:



Xəbər lenti