`Müsavatı qaynaq etsək də, əmələ gəlməyəcək` - Hafiz Hacıyev

`Müsavatı qaynaq etsək də, əmələ gəlməyəcək` - Hafiz Hacıyev
  31 Dekabr 2014    Oxunub:2772
“Müsavat daxilində elə bir parçalanma var ki, onu heç bir təklif xilas edə bilməz”. Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Müsavat Partiyasının məclis sədri Nüşabə Sadıqlının “Müsavatdan çıxmaq niyyətində olanlara partiya daxılındə yaradılacaq komissiyalarda vəzifələr təklif edəcəyik” fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Müsavatı qaynaq aparatı ilə qaynaq etsək belə, o partiyadan daha heç nə alınmayacaq: “Müsavat Partiyasını Qəmbərov İsanın elə özü dağıtdı. Bu gün hamı Müsavat partiyasını iqtidara işləməkdə günahlandırır. Bu günlərdə Müsavat sıralarını tərk edən yoldaşlarla görüşlərimiz oldu. Onlar Müsavatı böyük zərbə alıb tərk ediblər. Özləri də etiraf edirlər ki, Qəmbərov İsa onlardan istifadə edib, bir kənara atacaq. Ona görə də, artıq demək olar ki, Müsavat o partiyası yoxdur. Orada sadəcə kommersiya strukturu yaradılıb və xaricdən qrant almaqla məşğuldurlar. Özü də məhz dövlətin əleyhinə olan təxribatçı qurumlarla əlbir olmaq niyyətindədirlər. Bu da mümkün olan məsələ deyil`.

Hafiz Hacıyevin sözlərinə görə, Nüşabə Sadıqlı baxmayaraq ki, universitetdə müəllimidir, onun keçmişi olduqca narahatdır: “Bunu hər birimiz çox yaxşı bilirik. Bir sözlə, Müsavat Partiyasının gələcəyi yoxdur və onun kitabı çoxdan bağlanıb. O partiyanı tərk edənlər oradakı satqınlığı və vicdansızlığı görüblər artıq. İndi orada komissiya yox, nə yaratsalar belə, onlar ora geri dönməyəcəklər. Onu da nəzərinizə çatdırım ki, Müsavat partiyasını tərk edənlərin böyük bir qismi bizim partiyaya gəlmək istəyirlər. Onların adlarını hələ ki, açıqlamaq istəmirəm. Amma yaxın zamanlarda bunu hamı biləcək”.



Teqlər:



Xəbər lenti