ATƏT Ermənistandakı seçkilər barədə hesabat dərc etdi

ATƏT Ermənistandakı seçkilər barədə hesabat dərc etdi
  11 May 2013    Oxunub:1258
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2013-cü ilin fevralın 18-də Ermıənistanda keçirilən prezident seçkiləri barədə hesabat çap edib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hesabatı 2013-cü ilin mayın 8-də çap edib. Hesabatda qeyd edilir ki, namizədlər sərbəst şəkildə seçki kampaniyası keçirərkən media seçicilərə təzyiq hallarının olmaması və dövlət idarəetməsinin qərəzsizliyini işıqlandırıb.

“Eyni zamanda, seçki prosesindəki çatışmazlıqlar onun effektiv və qərəzsiz keçirilməsinə maneə yaradıb. Seçki prosesinə ictimai etimadın səviyyəsi aşağı olaraq qalır. Seçicilərin qeydiyyatının texniki cəhətdən yaxşılaşdırılmasındakı ciddi səylərə baxmayaraq, hakimiyyət seçicilərin qeydiyyatının tamlığını təmin etməkdə aciz qalıb.

Vəzifəli şəxslər isə öz əməkdaşlarına qarşı, o cümlədən, dövlət resurslarından sui-istifadədən imtina etməlidir” – hesabatda deyilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti