Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi
  31 Dekabr 2014    Oxunub:2372
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib.

AzVision.az APA-ya istinadən xəbər verir ki, V. Putin təbrikində son vaxtlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafında önəmli uğurların əldə olunduğunu məmnunluqla qeyd edib.

"Fikrimcə, 2015-ci ildə də dövlətlərarası tərəfdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının rifahı, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin təminatının maraqları naminə uğurla inkişaf edəcək", - deyə Rusiya prezidenti qeyd edib.

Qeyd edək ki, V. Putin digər MDB ölkələrinin liderlərinə, o cümlədən Ukrayna prezidenti Petro Poroşenkoya da Yeni il münasibətilə təbrik ünvanlayıb.


Teqlər:



Xəbər lenti