Dərsliklərdən gələn gəlir belə bölünəcək

Dərsliklərdən gələn gəlir belə bölünəcək
  01 Yanvar 2015    Oxunub:1847
Təhsil Nazirliyi yeni tədris ilində istifadəyə veriləcək dərsliklərlə bağlı açıqlama verib.
AzVision.az xəbər verir ki, nazirlikdən bildiriblər ki, növbəti dərs ili üçün VIII sinif dərsliklərinin hazırlanması üzrə tender bir il əvvəl elan edilib.

Tender proseduru üzrə təqdim edilən və qalib gələn dərsliklər məhdud sayda çap edilərək. Həmin dərsliklər 2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edilib növbəti dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaq.

Nazirlikdən qeyd ediblər ki, 2014-cü ildə Azərbaycanda 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar dərc olunub.

Növbəti tədris ili üzrə IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumi təhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklər 2016-2017–ci dərs ilindən istifadəyə veriləcək.

Yeniliklərdən biri də dərsliklərin qazanc məqsədilə satılmasıdır. Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi məsələlərinin tənzimlənməsi barədə müvafiq qərara əsasən, dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsi nəzərdə tutulub.


Teqlər:  



Xəbər lenti