Elşad Miri Eyyub Hüseynovu yalançılıqda ittiham etdi

Elşad Miri Eyyub Hüseynovu yalançılıqda ittiham etdi
  01 Yanvar 2015    Oxunub:3046
İlahiyyatçı Elşad Miri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovu yalan danışmaqda ittiham edib.
Belə ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov halallıqla bağlı saytlara belə bir fikir bildirib: “Burada təkcə donuz məsələsi deyil. Kim zəmanət verə bilər ki, əti kəsən adam üzü qibləyə dayanıb və kəsərkən digər ayinləri də icra edib? Kim zəmanət verə bilər ki, Hindistandan gətirilən ətin başına bir dəfə bıçaq çəkilib…”

AzVision.az xəbər verir ki, E.Hüseynovun bu fikirlərinə ilahiyyatçı Elşad Miri sərt cavab verib. Onun fikirlərini təqdim edirik:

“Həqiqətən biabırçılıqdı… Özü gedib Hindistandan ət gətirilən müəssisəyə sertifikat verir, sonra da deyir ki, “Hindistandan gətirilən ətin başına birdəfə bıçaq çəkilib?”

Hələ bu adamlar bilmirlər ki, ətin halal olması üçün QİBLƏYƏ TƏRƏF KƏSMƏK ŞƏRTİ YOXDUR. Heyvan kəsərkən də ayinlər icra olunmur…

Bu tip insanların özlərini bilmiş kimi göstərib hökm vermələrindən insanı iyrəndirirlər. Heç olmasa, danışdığın məsələ haqqında ətraflı məlumat alandan sonra danış ki, nə özünü biabır edəsən, nə də insanlarda şübhə yaradasan.

Cəsarəti çatanlar “Ovçular” firmasının üstünə mal əti yazdırdığı halda içindən donuz əti çıxan kolbasasından yazsınlar. Məsələ ilə bağlı araşdırma aparıb 100 faiz əmin olandan sonra bunu deyib insanları agah etmək istəyirəm.


Teqlər:  



Xəbər lenti