Əhmədinejadın qardaşı prezidentliyə namizədlik verdi

Əhmədinejadın qardaşı prezidentliyə namizədlik verdi
  11 May 2013    Oxunub:1229
İran prezidenti Mahmud Əhmədinejadın qardaşı Davud Əhmədinejad prezidentliyə namizədliyini irəli sürüb.
AzVision.az-ın qərb mətbuatına istinadən verdiyi məlumata görə, Davud Əhmədinejad İranın İnqilabi Qvardiyasında əks-kəşfiyyatçı olub. Qardaşının birinci prezidentliyi dövründə o, Prezident Administrasiyasının Nəzarət Departamentinə başçılıq edib. 2008-ci ildə Davud Əhmədinejad istefa verib. İran mediasına görə, onun istefa verməsinə qardaşı – İran prezidenti Mahmud Əhmədinejadla arasında yaşanan gərgin münasibət səbəb olub.

İranda prezidentliyə namizədlərin qeydiyyatı rəsmi olaraq mayın 7-dən başlanıb. Qeydiyyat üçün son müddət mayın 11-də bitir.

İranın 11-ci prezident seçkilərinin keçirilməsi bu ilin iyunun 14-nə planlaşdırılıb.

İranda prezident dörd illik müddətə seçilir.

AzVision.az


Teqlər:





Xəbər lenti