Sabah da hava yağıntılı olacaq

Sabah da hava yağıntılı olacaq
  02 Yanvar 2015    Oxunub:1542
Sabah Azərbaycan ərazisində hava şəraiti yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı, gün ərzində isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.


Teqlər:



Xəbər lenti