Elektron kənd təsərrüfatı yaradılacaq
AzVision.az-ın məlumatına görə, Nazirlər Kabineti sistemin üç il müddətində mərhələli şəkildə yaradılması barədə qərar qəbul edib.
Qaydalara əsasən “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyəti, məlumatların təhlükəsizliyini, şəffaflığı və hesabatlılığı təmin edəcək.
Elektron kənd təsərrüfatının strukturuna torpaq sahələrinin eyniləşdirməsinin alt sistemi, kənd təsərrüfatı məhsullarının istehsalçılarının (fermerlərin) qeydiyyatının alt sistemi, subsidiya vermənin, bəyanatların idarə edilməsinin alt sistemi, analiz və hesabın alt sistemi daxil ediləcək, həmçinin heyvanların qeydiyyatı və eyniləşdirilməsi sistemləri, icarə əməliyyatlarının avtomatlaşdırması, kənd təsərrüfatı texnikasının, kənd təsərrüfatının subyektlərinin monitorinqinin qeydiyyatı və kənd təsərrüfatı bazarı haqqında informasiya sistemlərini özündə birləşdirəcək.