Türk Hava Yollarından azərbaycanlıya hədiyyə…

Türk Hava Yollarından azərbaycanlıya hədiyyə…
  02 Yanvar 2015    Oxunub:3396
Türk Hava Yolları (THY) iki şanslı yolçusuna yeni il surprizi edərək pulsuz bilet hədiyyəsi verib.
Hədiyyə biletləri THY-nin 2014-cu ilin son və 2015-ci ilin ilk yolçusuna verilib. Şanslı sərnişinlər hədiyyə qazandıqları biletləri 2015-ci il ərzində istədikləri zaman Türk Hava Yollarının uçduğu hər hansı bir xətdə istifadə edə biləcəklər. Türk Hava Yollarının 2014-dəki son yolçusu Bayram Əliyev olarkən, 2015-ci ilin ilk sərnişini isə Röya Pourali olub.

THY-nin 2014-cü ilin son yolcusu Azərbaycan vətəndaşı Bayram Əliyev, Türkiyədə yüksək lisans oxuduğunu və yeni il gecəsi Azərbaycana getmək üçün Atatürk Havalimanına gəldiyini söyləyib.

THY tərəfindən 2015-ci il ərzində xarici xətlərdə istifadə etmək üçün bir ədəd pulsuz gediş-dönüş bileti hədiyyə edilən Bayram Əliyev, “THY yaxşı və keyfiyyətli bir şirkətdir. Hədiyyə biletini Məkkə və ya Mədinəyə getmək üçün istifadə edəcəyəm”, – deyib.

THY-nin 2015-ci ildəki ilk yolçusu isə İran vətəndaşı Röya Pourali olub. Təyyarəni qaçırtmamaq üçün havalimanına tezdən gələn Röya Pourali, “yeni il olduğu üçün yollarda tıxac olacağını düşünüb tez gəldim. Hətta qaldığım oteldə işləyənlər mənə təyyarəni qaçıracağımı söylədi. Amma mən şansımla təyyarəyə çatdım. Bir də hədiyyə bileti qazandım”, – deyib.

Beləcə, hər iki yolçuya THY tərəfindən müddəti bir illik olan tək nəfərlik hədiyyə bileti təqdim olunub.


Teqlər:





Xəbər lenti