Hərbi təlimlər keçiriləcək

Hərbi təlimlər keçiriləcək
  17 Fevral 2013    Oxunub:2071
Gürcüstan və Türkiyə birgə hərbi təlimlər keçirmək üzrə razılığa gəliblər
Şənbə günü Ankarada Türkiyə SQ Baş qərargahının rəisi, ordu generalı Necdət Özəl və Gürcüstanın müdafiə naziri İrakli Alasaniya arasında görüş keçirilib. Görüşdə birgə hərbi təlimlərin keçirilməsi məsələləri barədə razılıq əldə olunub. Bu barədə Trend-ə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, görüşün əsas müzakirə mövzusu iki qonşu dövlət arasında hərbi-strateji tərəfdfaşlıqla bağlı məsələlər olub. Eləcə də söhbət gələcək əməkdaşlıq və birgə hərbi təlimlərin keçilməsindən gedib.
Bu gün Gürcüstanın nümayəndə heyətinin Türkiyənin müdafiə sənayesinin nümayəndələri ilə görüşü də keçirilib. Görüşdə Türkiyə parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri Komitəsinin rəhbərliyi də iştirak edib.
Bu zaman hərbi əməkdaşlıq, eləcə də iki ölkənin strateji əməkdaşlığı haqqında söhbət aparılıb. Türkiyə tərəfi Gürcüstanın NATO-ya üzv olmaq səylərinə dəstək göstərəcəyini bəyanedib.


Teqlər:





Xəbər lenti