Leninin heykəli söküldü - FOTO

Leninin heykəli söküldü - FOTO
  03 Yanvar 2015    Oxunub:1927
Odessanın Krasnıye Okna vilayətində Vladimir Leninin heykəli sökülüb. Yerə düşəndə heykəl bir neçə hissəyə parçalanıb.

AzVision.az Trend-ə istinadan xəbər verir ki, Odessanın “Svoboda” hərəkatının sosial şəbəkələrində yayılan məlumata əsasən, nasionalistlər belə Stepan Banderanın ad gününü qeyd ediblər (yanvarın 1 onun 106 yaşı tamam olacağdı).

Bu, Leninin regionda sökülən ilk heykəli deyil. Bundan əvvəl heykəllər Odessanın özündə, Bolqrad, Beryozovka şəhərində və Kirniçki kəndində sökülüb.




Teqlər:  



Xəbər lenti